Suraxanı Gəmi Muzeyində "Səssizliyə Körpü" adlı tədbir keçirilib - FOTOLAR

Hər il sentyabrın son bazar günü Beynəlxalq Lal-Karlar Günü kimi qeyd edilir. Həmin gün 1951-ci ildə Lal-Karların Dünya Federasiyasının yaradılması şərəfinə təsis edilib və onun başlıca hədəfi karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır.

QHT.az xəbər verir ki, "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi sədri Cəmilə Çingizqızı bildirib ki, hər il Beynəlxalq Lal-Karlar Federasiyasının çağırışı ilə eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə siyasətçi, hakimiyyət nümayəndələri, kütləvi-informasiya vasitələri işçiləri və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər həyata keçirir: “Birliyimiz sentyabrın 24-ü ASCO, Suraxanı Gəmi Muzeyinin təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində, Dünya eşitmə məhdudiyyətlilər həftəsi ilə əlaqədar, Suraxanı Gəmi Muzeyində "Səssizliyə Körpü" adlı tədbir həyata keçirib. Tədbirdə İctimai Birlik üzvlərinə, muzeydə olan videolar İşarə dilində nümayiş olundu. Gənclərə dənizdən tapılan eksponatlar, gəmi və gəmiçiliyə aid avadanlıqlar canlı şəkildə göstərildi. Bu məlumatları gənclərə muzey bələdçisi Firuzə xanım, İşarət dilində isə Nərgiz Abdulova çatdırdı. Maraqlı ekskursiyada gənclərimiz öz rəssamlıq qabiliyyətlərindən istifadə edərək onlar üçün təşkil olunan, kiçik rəsm aktivitidə iştirak etdilər. Rənglədikləri kiçik suvenirlər və muzey tərəfindən verilən kitablar onlara həddiyə edildi. Həmçinin gəmi kapitanı, İctimai Birliyə öz Suraxanı gəmi muzeyə aid kitab hədiyyələrini təqdim etdi. İctimai Birlik sədri Cəmilə Çingiz təşkilatın “Səssiz dünyaya körpü” adlı kitabını gəmi muzeyə təqdim etdi. Sonra gəminin fəxri qonaqlar kitabına İctimai Birlik sədri öz ürək sözlərini yazdı”.

Qeyd edək ki, sonda gənclər çay süfrəsi arxasında təəssüratlarını bölüşdülər. Belə ekskursiyaların təşkili, cəmiyyətdə olan digər insanlarla, məhdudiyyəti olan şəxslərin bərabər hüququnu təmin etmiş olur.

 

Pərvanə Fərhadqızı