"Bir insan, bir ailə, bir ölkə" layihəsi Masallıda uğurla reallaşıb - FOTO
Masallı Rayonunda fəaliyyət göstərən "Ümidim sənsən" İctimai Birliyinin "Bir insan, bir ailə, bir ölkə" layihəsi Masallı rayonunda ailə dəyərlərinin gücləndirilməsinə yönəldilmiş təşəbbüsü kimi müvəffəqiyyətlə başa çatıb.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb. Belə ki, 2023-cü ilin sentyabr ayında rayonun 5 ərazisində - Ərkivan qəsəbəsi, Türkoba, Hişkədərə, Qızılağac və Göyəçöl, kəndlərində maarifləndirici tədbirlər keçirilib. Adı çəkilən ərazilərdəki görüşlərdə yüksək fəallıq şəraitində keçib və yerli sakinlər tərəfindən razılıqla qarşılanıb.
Qeyd edək ki, tədbirlər 5 ərazidə, hər ərazidə 20 nəfər olmaqla ümumilikdə tədbirlərdə 100 nəfər iştirak edib.
Pərvanə Fərhadqızı