Qərbi Azərbaycan haqqında kitabın və sosioloji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib
"Cəmiyyətin İnkişаfı Mərkəzi" İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır" layihəsi çərçivəsində növbəti tədbir keçrirlmişdir.
"Cəmiyyətin İnkişаfı Mərkəzi" İctimаi Birliyi 01 iyul 2023-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır" layihəsi çərçivəsində növbəti tədbir baş tutmuşdur.
Tədbirin maderatoru Əliməmməd Nuriyev açılış nitqində layihənin məqsədi və görülən işər barədə məlumat vermişdir. Sonra söz "Cəmiyyətin İnkişаfı Mərkəzi" İctimаi Birliyinin sədri Ə.N. Abbasbəyliyə verilmişdir. O öz çıxışında layihə barədə ətraflı məlumat vermiş, layihənin uğurla həayat keçirilməsinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, işçi heyətə, ekspertlərə, əməyi keçə hər kəsə minnətdarlığını bildirdi. Daha sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin içraçı direktoru Aygün Əliyeva öz nitqində layihə barədə fikrini söyləyərək, tədbrin gedişinə uğurlar arzuladı. Tədbirdə söz alan qonaqlar Qərbi Azərbaycan icmasının nümayəndəsi Qəmbərov Fərhad, STM-in sektor müdiri Əfqan Vəliyev ürək sözlərini söylədilər.
Tədbirdə layihə çərçivəsində çap edilmiş kitabın təqdimatı və sosioloji-tədqiqat işinin nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilmişdir. Kitabın təqdimatını müəllif Rizvan Hüseynov, hesabatın təqdimatını isə STM-nin icraçı direktoru, ekspert Sahib Məmmədov və CİM İB-nin sədri Əhməd Abbasbəyli etdilər.
Konfransın işi iştiarkçılar arasında müzakirələrlə davam etdi, suallar cavablandırıldı.