Kiçik çavuş, şəhid Elşən Məmmədovun anım günüdür

Kiçik çavuş Elşən Məmmədov 2020-ci ilin bu bünü Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olub.

QHT.az xəbər verir ki, Tovuzun Ağdam kəndində düşmən gülləsinə tuş gələn Elşən Məmmədov Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. 38 yaşlı şəhid ailəli idi və onun dörd övladı yadigar, bizlərə əmanət qaldı.

Qeyd edək ki, Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılan Elşən Məmmədov Qarabağ müharibəsindən sonra elan olunan atəşkəs dönəminin son şəhidlərindən biridir.

Allah rəhmət eləsin!

 

Pərvanə Fərhadqızı