Macarıstanda partlayış olub, ölənlər var

Macarıstanda polisin keçirdiyi əməliyyat zamanı baş verən partlayışda biri polis məmuru olmaqla 2 nəfər həyatını itirib.

QHT.az xəbər verir ki, Esterqon şəhərində polisin keçirdiyi əməliyyat zamanı çox sayda insan yaralanıb. Macarıstan mətbuatında çıxan xəbərlərdə partlayışın bir evdə baş verdiyi və partlayışın səbəbinin hələ bilinmədiyi bildirilib.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban xidməti vəzifəsini yerinə yetirərkən həlak olan polis zabitinə başsağlığı verib.

 

Pərvanə Fərhadqızı