Atatürkü təhqir edən şəxs həbs olundu

İstanbulda Üsküdarda bir lisey şagirdinin Mustafa Kamal Atatürkün fotosuna reaksiyalarını əks etdirən sosial media videosundan sonra polis hərəkətə keçib. 

QHT.az xəbər verir ki, şagird kitabından qopardığı Atatürk şəklini təhqir edib. Dostları tərəfindən mobil telefonun kamerası ilə lentə alınan həmin anlar sosial şəbəkədə paylaşılıb. Görüntülər üzərinə hərəkətə keçən polis qrupları şagirdi saxlayıb. Şübhəli polis bölməsindəki əməliyyatlardan sonra Kartal Anadolu Ədliyyəsinə gətirilib. Prokurorluğa verdiyi ifadədən sonra şagird “sosial təbəqə, din, məzhəb, cins və bölgə fərqliliyinə əsaslanaraq ictimaiyyətin bir hissəsini açıq şəkildə təhqir etmək” ittihamı ilə həbs tələbi ilə Sülh Cəza Məhkəməsinə sövq edilib. Anadolu 4-cü Sülh Cəza Hakimliyi şagirdin həbsinə qərar verib, o həbsxanaya göndərilib.

Daxili İşlər Nazirliyinin açıqlaması: “Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün mənəvi şəxsiyyətini təhqir edən şagird, şübhəli İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb. Yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbə Müdirliyi İnzibati və məhkəmə prosesinə başlanılıb”.

 

 

Pərvanə Fərhadqızı