AAYDA-dan Xocavənddəki partlayışla bağlı açıqlama

Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Hovo” markalı yük maşını tank əleyhinə minaya düşüb.

 

QHT.az bildirir ki, bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Samir Sabiroviç Sadıxov və 02.05.1965-ci il təvəllüdlü Fərhad Hüseynağa oğlu Quliyev həlak olublar.

 

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı müvafiq araşdırma aparılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir.

 

Allah rəhmət eləsin!