Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 20.000-ə çata bilər

"Daniel" fırtınasının gətirdiyi güclü yağışlar Liviyanın şərqində çoxsaylı şəhər və qəsəbələrdə daşqın və su basmasına səbəb olub.

QHT.az xəbər verir ki, Liviyanın şərqindəki Derna şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 18,000 və ya 20,000-ə çata bilər. Sentyabrın 10-da leysan yağışları nəticəsində qurbanlarının sayı 7 mini keçib. Liviyanın şərqindəki xəstəxanalar ölümcül daşqın qurbanlarının hamısını qəbul edə bilmir və xəstələrin bir qismi ölkənin mərkəzindəki xəstəxanalara köçürüləcək.

Qeyd edək ki, Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı, Əlcəzair, Tunis və Fransadan xilasetmə qrupları ölkəyə gəlib.

 

 

Pərvanə Fərhadqızı