“DİGİAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib - FOTOLAR / VİDEO

Azərbaycan Texniki Universitetində “DİGİAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib. Düşərgə 4 gün davam edəcək.

QHT.az xəbər verir ki, açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “Code Academy”nin rəhbəri Ülvi Aslanov, Veysəloğlu Şirkətlər Qrupunun İnformasiya texnologiyaları direktoru Ülvi Babaşov çıxış ediblər. Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir.

Qeyd edək ki, müraciət edən 267 nəfərdən qəbul mərhələlərini tamamlayan 92 iştirakçı komanda və ya fərdi formada düşərgədə iştirak edəcək. 8-ci dəfədir təşkil olunan “DIGIAGE” düşərgəsinə bu günə qədər 18 mindən çox müraciət əsasında 4000-dən çox iştirakçı qatılıb.

 

Pərvanə Fərhadqızı