Böyük Britaniyada bütün uçuşlar dayandırıldı
Böyük Britaniyanın hava hərəkətinə nəzarət kompüter sistemlərində şəbəkə miqyasında nasazlıq yaranıb.
QHT.az xəbər verir ki, Britaniya mediası Britaniya hava məkanının bağlandığını və uçuşların dayandırıldığını açıqlayıb. Böyük Britaniyada bütün uçuşlar sistem nasazlığı səbəbindən dayandırılıb. Şotlandiyadaxili uçuşların əksəriyyətini yerli koordinasiya əsasında və minimal fasilələrlə həyata keçirə biləcəyi ümid edilsə də, şimal-cənub və beynəlxalq uçuşlarda gecikmələr ola bilər.
Pərvanə Fərhadqızı