Şəhid İsə Orucovun anası vəfat edib

44 günlük Vətən müharibəsində şəhid olan İsə Orucovun anası Nayibə Orucova vəfat edib.

Qeyd edək ki, İsə Razim oğlu Orucov 20 iyun 2001-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olub. O, 27 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü" medalları və"Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

QHT.az Vətəndaş Cəmiyyəti adından şəhid ailəsinə başsağlığı veririk. Anamıza və Şəhidimizə Allahdan rəhmət diləyirik.

 

Pərvanə Fərhadqızı