BMT TŞ-də müzakirələr yalnız ermənilərin deyil, bütün separatçı hərəkatların, qüvvələrin məğlubiyyətidir - Zaur İbrahimli

BMT TŞ-də müzakirələr yalnız ermənilərin deyil, bütün separatçı hərəkatların, qüvvələrin məğlubiyyətidir.

Bu fikirləri QHT.az-açıqlamsında politoloq Zaur İbrahimli bildirib.

"Azərbaycanın separatçı qüvvə və ideologiyalara bütövlükdə böyük zərbəsidir.  BMT TŞ-nin separatçılar lehinə hər hansı qərarı  bütün dünyada separatçı hərakatlara qol-qanad verərdi. Çox pis bir president yaranardı. İndiki həssas və Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda BMT TŞ separatçılara böyük hədiyə olardı. Son illər onsuz da milli suverenlik məsələləri daha aktuallaşıb, COVİD pandemiyası da göstərdi ki,  qloballaşma potensialı bu zaman üçün maksimuma çatıb və bundan irəli getmək mümkün deyil. Azərbaycanın hazırda apardığı siyasət bütövlükdə region və dünyada separatizmə qarşı böyük zərbədir."