Rusiya Afrika ölkələrinə pulsuz olaraq 50 min tona qədər taxıl verəcək
6 ölkəyə 25-50 min ton taxıl tədarük etmək planı ilə davam edirik deyən Rusiyanın Kənd təsərrüfatı naziri Dmitri Patruşev açıqlama verib.
QHT.az xəbər verir ki, o, tezliklə altı Afrika ölkəsinə 50 min tona qədər pulsuz taxıl verəcəyini bildirib: “Bu planın tezliklə həyata keçirilməsi gözlənilir. Ötən il Rusiyanın taxıl ixracı 60 milyon tona çatıb. Bu il də 55 milyon tondan çox ixrac gözlənilir və bu rəqəm yuxarıya doğru yenidən nəzərdən keçirilə bilər”.
“Rusiya bundan sonra da dost ölkələr üçün təkcə dənli bitkilərin deyil, bütövlükdə ərzaq məhsullarının tədarükündə etibarlı tərəfdaş olacaq”, - deyə kənd təsərrüfatı naziri Patruşev bildirib.
Pərvanə Fərhadqızı