Rusiya Ukraynanın keçmiş müdafiə nazirini axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Müdafiə Nazirliyinin keçmiş rəhbəri Andrey Zaqorodnyuku axtarışa verib.

QHT.az xəbər verir ki, müvafiq qeyd axtarışda olan şəxslərin departament məlumat bazasında yer alıb. Zaqorodnyukun vəsiqəsində “Axtarışın əsası: Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır” yazılıb. Onun hansı maddə ilə axtarıldığı açıqlanmır. İyul ayında Zaqorodnyukun mülki şəxslərə qarşı cinayətlərdə qiyabi ittiham edildiyi bildirilib.

 

Pərvanə Fərhadqızı