Mərhum sənətkarın doğum günüdür

Bu gün Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti Möhübbət Kazımovun doğum günüdür.

QHT.az xəbər verir ki, 1953- cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. "Dan Ulduzu” ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib.

Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülən müğənni 27 yanvar 2014- ci ildə uzun sürən xəstəlikdən vəfat edir.

Allah rəhmət eləsin!

 

Pərvanə Fərhadqızı