Rusiya Ukraynanın Sumı şəhərinə zərbə endirib, ölənlər var

Rusiya Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. 

QHT.az xəbər verir ki, hücum axşam saatlarında baş verib. Hücumda təhsil müəssisəsinin binasına ziyan dəyib. Raket hücumu nəticəsində peşə təhsili müəssisəsinin binaları dağıdılıb və zədələnib. Yataqxanalara və hündür binalara da ziyan dəyib. Ekipajlar ərazidə işlərini davam etdirir.

 

Pərvanə Fərhadqızı