Dərman çətənəsi yalnız istixanalarda yetişdiriləcək

Ukraynada marixuana hər kolun üzərində ştrix-kodla yetişdiriləcək.

QHT.az xəbər verir ki, tələblər kifayət qədər sərt olacaq. Dərman çətənəsinin yalnız qapalı şəraitdə, yəni istixanalarda yetişdirilməsi nəzərdə tutulub. Binaları təchiz etmək, hər bir kol üçün ştrix-kodla təmin etmək, videomüşahidə etmək lazım gələcək. Bunlar qanunda nəzərdə tutulub.

Qeyd edək ki, tibbi çətənənin qanunsuz istifadəsinə, becərilməsinə, təkrar satışına görə cəza narkotik vasitələrin satışı ilə eyni olacaq. Psixoloji travma və pozğunluğu olan azı 6 milyon ukraynalının belə müalicəyə ehtiyacı var.

 

Pərvanə Fərhadqızı