“Yayda su, ayran və bitgi dəmləmələrindən istifadə olunmalıdır” - Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri

“Bir insan orqanizmi üçün su hər kq bədən çəkisinə görə 30 ml hesablanır ki, insanlar bu miqdarı yayda temperatur yüksəldikdə, tərləməyə daha çox məruz qaldıqda, fiziki aktivliklə məşğul olduqda bunu bir, iki fincan şəklində artıra bilər. Yayda daha sağlam seçim kimi su və ayrandan, bitki dəmləmələrindən istifadə olunmalıdır” – bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq ekspert Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, az miqdarda zəncəfil və limondan istifadə olunarsa orqanizmin maye balansını təmin edər, təbii, sağlam içki hesab olunur: “Ürəyi qüvvətləndirir, maddələr mübadiləsini sürətləndirir. Çünki yay aylarında insanların maddələr mübadiləsinin sürəti aşağı düşdüyündən qəbul etdiyi qidaları həzm edə bilmir və bu orqanizmə ağırlıq verir. Müəyyən vaxtdan sonra vitamin, mineral çatışmazlığına gətirib çıxarır. Bağırsaqların hərəkəti ləngiyir ki, bu da qəbizliyə, artıq çəkiyə, şişkinliyə səbəb olur. Yüngül qidalardan istifadə olunmalıdır ki, həzm sistemi və iştah normallaşsın”.

 

Pərvanə Fərhadqızı