İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 3, 5 və 6-cı maddələrinə dair təlimlər keçirilir

Hüquq və İnsan Haqları İnstitutunda İnsan Hüquqları haqqında Avropa Konvensiyasının (İHAK-ın) 3, 5 və 6-cı maddələrinə dair təlimlər başlayıb. Mayın 5-nə kimi davam edəcək 3 günlük təlimlərdə “Azərbaycan və İHAK”, “Konvensiya sistemi: təfsir prinsipləri. İHAK-a gender əsaslı yanaşma”, “Andraqogikaya giriş və böyüklər üçün tədrisin prinsipləri”, “İHAK-ın 3,5-6-cı maddələri haqqında məlumat”, “Azərbaycanla bağlı 3-cü maddə üzrə presedent hüququ”, “AŞ-nin HELP təlim platforması” və “İHAK üzrə məhkəmə tərəfindən əsaslandırmaya dair öhdəliklər” mövzularında ətraflı məlumatlar veriləcək. Təlimlər Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək layihəsi çərçivəsində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi (Mərkəz), Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

#hüquq #insanhaqları #law #humanrights #hüquqi #ekspertiza #qanunvericilik #təşəbbüsləri #mərkəzi

#vəkillərkollegiyası #EuropeanCourtofhumanrights #councilofeurope