Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” layihəsi çərçivəsində “Gender bərabərliyi və Qadın hüquqları ” mövzusunda tədbir keçirildi

 “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” adlı layihənin Bərdə rayonunda sonuncu tədbirini keıirdi.
 

29.03.2023-cü il tarixində saat 14.00 Bərdə rayonunda 105 saylı liseyin binasında 2-ci icmada   “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması”adlı layihə çərçivəsində “Gender bərabərliyi və  Qadın hüquqları ” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə layihə rəhbəri Bərdə İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov açdı. O, qonaqları təqdim etdi. Müharibə şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. 
Layihə rəhbəri Ətrabə Məmmədova layihə və donor təşkilat haqda məlumat verdi. O, layihənin məqsədlərini açıqladı. Bildirdi ki,” Layihənin əsas məqsədi Ağdam, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən məcburi köçkün qadın icmalarının fəallarının gender hüquqları sahəsində biliklərinin inkişaf etdirməklə onların icma idarəçiliyində iştirakçılığının artırılmasına və bununla da həmin qrupdan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdır”.
Ekspert T.Dadaşov və psixoloq A.İmanova mövzu ətrafında geniş məlumat verdilər.Bildirdilər ki, “Qadın və qızlar planetin əhalisinin yarısını təşkil etdiyi üçün onun potensialının da yarısını təşkil edir. Lakin sosial inkişafda durğunluq yaradan gender bərabərsizliyi hələ də mövcuddur. Hansı ölkədə yaşamağınızdan asılı olmayaraq gender bərabərliyi insanların əsas hüququdur. Gender bərabərliyinə dəstək sağlam cəmiyyətin bütün aspektlərində yoxsulluğu aradan qaldırmaqdan başlayaraq qız və oğlanların sağlamlığını, təhsilini, mühafizəsini və rifahını yüksəltməkdə aparıcı rol oynayır..”. 
 Sonra müzakirələr oldu. Xanımlar müzakirələrdə fəal iştirak etdilər və bərabər hüquqların bərabər imkanlara çevrilməsi üçün  maariflənmənin çox əhəmiyyətlindən danışdılar.
    Psixoloq A.İmanova sağlamlıq hüququ ilə bağlı məlumat verdi.  Suallar cavablandırıldı.   
İştirakçılardan Ə.Səkinə,C.Pərişan və B.Zəhra müzakirələrdə fəal iştirak etdilər.Onlar  aktual mövzu üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyinə təşəkkür etdilər.