105 sayli liseydə “Erkən nigah və onun sağlamlığa təsiri ” mövzusunda tədbir keçirilib

“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini Bərdə rayonunda uğurla davam etdirir. 


04.04.2023-cü il tarixində saat 10.00 –da Bərdə rayonunda 105 sayli liseyin binasında layihə çərçivəsində  “Erkən nigah və onun sağlamlığa təsiri ” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə Bərdə rayon İcra Hakimiyyətinin İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov açdı .O qonaqları təqdim etdi və mövzu ilə bağlı fikirlərini bölüşdü.   Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihəin məqsədlərini açıqladı.


  Ekspert T.Dadaşov erkən nigah və onun fəsadları barədə ətraflı məlumat verdi. O bildirdi ki,” erkən nigahla  bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu problemin qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi – ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir”
Psixoloq A.İmanova erkən nigahın psixoloji tərəflərindən danışdı . Bildirdi ki,” Erkən yaşda ana olmuş qadınların psixoloji hazırlığı da aşağı səviyyədə olur. Bu isə cəmiyyət üçün yetişdiriləcək fərdin normal təlim-tərbiyədən məhrum edilməsinə yol açır. Erkən nikaha məcbur edilərək qurulan ailələrin təməli də möhkəm deyil. Əksər hallarda gələcəkdə belə nikahlar boşanma ilə nəticələnir.   Psixoloji baxımdan oğlanların 25, qızların isə 20-22 yaşından sonra ailə qurması tövsiyyə olunur”
Sonda müzakirələr oldu. İştirakçılar Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə onların ərazisində maarifləndirmə aparıldığına görə təşəkkür etdilər.