Moldova prezidenti Sandu Kişinyovda Avropa İttifaqı Şurasının sədri Mişel ilə görüşüb - ÖZƏL

Moldova prezidenti Maya Sandu paytaxt Kişinyovda Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel ilə görüşüb.

Qht.az xəbər verir ki, Mişel və Sandu paytaxt Kişinyovda baş tutan görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Sandu Moldovanın "çətin" dövrünü yaşadığını, lakin buna baxmayaraq, azadlıq və demokratiya prinsiplərinə sadiq qaldığını bildirib.

Ölkəsinin Aİ-yə üzv olmaq yolunda olduğunu bildirən Sandu, “Avropa inteqrasiyası Moldovanın azad və firavan bir dövlət olaraq yaşamasını təmin edən yeganə yoldur. Moldova Aİ-yə namizəd ölkədir və biz bu məsələ ilə bağlı danışıqlara mümkün qədər tez başlamağa çalışırıq. Bu məqsədə uyğun olaraq biz Avropa Komissiyasının tövsiyələrini həyata keçiririk və Avropa qanunlarını ölkəmizə sürətlə inteqrasiya edirik” - deyə qeyd edib.

Moldovada sülh və təhlükəsizliyin təmin edilməsi üçün addımlar atdıqlarını qeyd edən Sandu, Aİ-yə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

İyunun 1-də ölkəsində Avropa Siyasi Birliyinin Zirvə toplantısının keçiriləcəyi ilə bağlı məlumatı paylaşan Sandu bunun həm ölkəsi, həm də Avropa üçün vacib olduğunu vurğulayıb.

“Keçən il Moldova üçün 1 milyard avro ayırdıq” AB Şurasının sədri Mişel Moldova xalqı ilə həmrəy olduqlarını ifadə edərək, “Keçən il Moldova üçün 1 milyard avro ayırdıq” - deyə bildirib.

Moldovanın AB yolunda ciddi səylər göstərdiyini bildirən Mişel, "Əsas olaraq hüquq sistemində islahatlar, korrupsiya ilə mübarizə və dövlət qurumlarının siyasiləşdirilməsinə yönəlmiş 9 addımın həyata keçirilməsinin davam etməsi vacibdir" - həmçinin qeyd edib.