Qriqoryan KTMT baş katibi ilə sərhədi müzakirə etdi

Ermənistanda səfərdə olan KTMT Baş katibi İmanqali Tasmaqambetov bu ölkənin Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanla görüşüb.

 

QHT. az  Axar.az -a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

 

Məlumata görə, görüş zamanı Tasmaqambetov Qriqoryana Qırğızıstan - Tacikistan sərhədinin delimitasiya prosesini təqdim edib.

 

Qriqoryan da Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı KTMT baş katibini məlumatlandırıb.