Eşitmə məhdudiyyətli gənclər Bakı Dövlət Universitetində 

Bu gün “Eşitmə Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi bir qrup üzvləri ilə birlikdə, BDU-nin Sosial İş kafedrasının müdürü  , dosent Üzeyir Şəfiyevin dəvəti ilə tələbələrlə görüş keçirib. Görüşün məqsədi eşitmə məhdudiyyətli insanların doğma dili olan Jest dilini tanıtmaq, aktiv eşitmə məhdudiyyətli gəncləri tələbələrə tanıtmaqla cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Görüşdə sosial iş kafedrasının dosent müəllimi Rəna Məmmədova da öz magistr tələbələri ilə iştirak edib. İlk olaraq, İctimai Birlik sədri Cəmilə Abdulova , tələbələrə təşkilat haqqında geniş məlumat verərək , iştirakçı üzvlərini təqdim edib onların cəmiyyətdə etdikləri müxtəlif layihə və aktivitilər haqqında danışıb. Nərgiz Abdulova Gənclər Fondunda təşkil etdiyi “Səssizliyin Səsi Olaq!” layihəsi haqqında məlumat verdi. Daha sonra üzvlər Müşviq, Elmin, Cəmilə, İlqar, Fərid və Ayxan tələbələrə Jest dili əlfbasında olan hərifləri əl hərəkətləri ilə necə deyildiyini örətdi. Daha sonda müzakirələrdə tələbələri maraqlandıran sözlərin Jest dilində tərcüməsi öyrədildi. Görüşdə bir Çinli tələbə də iştirak edirdi. Görüş xoş xatirələrlə yadda qaldı və sonda xatirə şəkili çəkildi.