“Əlil Təşkilatları üçün Bacarıqların Artırılması” adlı təlim yekunlaşdı

QHT.az  xəbər verir ki, “Əlil Təşkilatları üçün Bacarıqların Artırılması” adlı təlim keçirildi. Təlim Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” layihəsi üzrə “Demokratiyanı Öyrənmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və müdafiəsi” layihəsi çərçivəsində təşkil edildi.

 

3-günlük təlimdə regionlarda fəaliyyət göstərən on qeyri-hökumət təşkilatları nümayəndələrinə əlilliyi olan şəxslərin hüquqları, beynəlxalq və milli qanunvericilik, hüquqların inzibati və məhkəmə müdafiəsi, BMT-nin insan hüquqları mexanizmləri mövzuları üzrə təlim keçirildi.