Ədirnədə Yunanıstana qaçmağa cəhd edən 14 terror təşkilatı üzvü yaxalanıb - ÖZƏL

Ədirnədə son bir həftədə Yunanıstana qaçmağa cəhd edən 14 FETÖ və terror təşkilatı PKK üzvü saxlanılıb.

QHT.az xəbər verir ki, Ədirnə Qubernatorluğundan edilən açıqlamaya görə, İl Jandarma Komandanlığı qrupları və 54-cü Mexanikləşdirilmiş Piyada Briqadasının sərhəd bölmələri tərəfindən son bir həftə ərzində həyata keçirilən nəzarətlər zamanı Yunanıstan sərhədindəki 1-ci dərəcəli hərbi qadağa zonasında 14 şübhəli yaxalanıb.

Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən şübhəlilərdən 7-nin FETÖ, 7-nin isə terror təşkilatı PKK üzvü olduğu müəyyən edilib.

Jandarmada şübhəlilərin istintaqı davam edir.

Digər tərəfdən, jandarma qrupları son bir həftə ərzində hərbi cinayətlərə görə axtarışda olan 40 nəfər və UYAP vasitəsilə barəsində həbs qərarı çıxarılan 7-si xarici ölkə vətəndaşı olan 25 nəfər barəsində tədbir görüb.