Misirdə 4300 illik mumiya tapılıb - ÖZƏL

Misirdə kral məzarlarının yerləşdiyi tarixi Saqqara bölgəsində aparılan arxeoloji araşdırmalar zamanı Fironlar sülaləsinə aid mumiya, 9 heykəl və bəzi qiymətli əşyalar tapılıb. Qızıl yarpaqla örtülmüş mumiyanın 4300 yaşı var.
QHT.az xəbər verir ki, Misir arxeoloqu və Qədim Əsərlər Naziri Zahi Havas “Tapılan mumiya kişiyə məxsusdur. Onun adı Heka Şibsdir. Bu tabut 4300 ildir açılmayıb. "Bu, kral mumiyalarından kənarda tapdığımız ən qədim mumiyadır" dedi.

Zahi Havas heykəllərin əhəng daşından hazırlandığını və üzərində tikmə olmadığı üçün kimə aid olduqlarını müəyyən edə bilmədiklərini bildirib.

Havas, tapılan əsərlərin 5-ci Fironlar sülaləsinə (e.ə. 2487-2449-cu illər) və 6-cı Fironlar sülaləsinə (e.ə. 2345-1821-ci illər arasında) aid olduğunu bildirib.

Mumiya paytaxt Qahirənin cənubundakı Saqqara nekropolunda 15 metrlik sütunun altında aşkar edilib. Ərazidə daha üç məzar tapılıb. Qəbirlər arasından çoxlu sayda saxsı məmulat da daxil olmaqla bir çox başqa əşyalar da tapılmışdır.

Nekropolda aşkar edilən mumiyaların ən böyüyünün keşiş, müfəttiş və eyni zamanda zadəganların müşaviri olan Xnumdjedef adlı şəxsə aid olduğu bildirilir.