BMT işğal olunmuş İordan çayının qərb sahilində davam edən "zorakılıq spiralı"ndan narahatdır - ÖZƏL

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Wennesland işğal altındakı İordan çayının qərb sahilində davam edən "zorakılıq spiralı"ndan narahatlığını ifadə edib.

QHT.az xəbər verir ki, Wennesland yazılı açıqlamada, "İşğal altındakı İordan çayının qərb sahilində davam edən zorakılıq spiralından çox narahatam və kədərlənirəm. İsrailin bu gün Cenində təşkil etdiyi saxlama əməliyyatı zamanı aralarında silahlı və bir qadın da daxil olmaqla 9 fələstinlinin öldürülməsi bariz nümunədir”.

2022-ci ilə damğasını vuran yüksək səviyyədə zorakılıq və digər mənfi tendensiyaların bu ilin əvvəlindən bəri şahidi olmağa davam etdiyini bildirən Wennesland, "Gərginliyi mümkün qədər tez azaltmaq və daha çox insan itkisinin qarşısını almaq çox vacibdir" - deyə qeyd edib.

Wennesland İsrail və Fələstin hakimiyyətini "gərginliyi aradan qaldırmağa, sakitliyi bərpa etməyə və gələcək qarşıdurmadan qaçmağa" çağırıb və hakimiyyətlə aktiv münasibət saxladığını vurğulayıb.

İsrail qüvvələrinin səhər saatlarında İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə basqın etməsi nəticəsində 9 fələstinli həlak olub. Fələstin Səhiyyə Nazirliyi basqın zamanı 4-ü ağır olmaqla 20 fələstinlinin yaralandığını açıqlayıb.

İsrail əsgərlərinin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə açdığı atəş nəticəsində ilin əvvəlindən biri qadın, 5-i uşaq olmaqla ümumilikdə 29 fələstinli həyatını itirib.