Elnur Nəsibov Karyera və İşə Hazırlıq Mərkəzinin qonağı olub - FOTO

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Karyera və İşə Hazırlıq Mərkəzinin qonağı olub. 
 

E.Nəsibov Mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, işçi və təcrübəçi heyəti üçün "Karyera planlaması" mövzusunda maarifləndirici təqdimatla çıxış edib. 
Görüş çərçivəsində Təhsilin İnkişafı Fondu və Karyera və İşə Hazırlıq Mərkəzi arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib. 

 

Qeyd edək ki, Mərkəz tərəfindən tələbələrə mühasibatlıq, insan resurslarının idarə olunması, pedaqoqika, İKT və digər sahələr üzrə praktiki təlimlər təşkil olunur, tələbələrin iş ilə təmin olunması istiqamətində dəstək göstərilir.