Bu paltarlar sizi təhlükəsizlik kameralarından gizlədir - ÖZƏL
İtalyan moda firması insanları təhlükəsizlik kameralarından gizlədə biləcəyini iddia etdiyi yeni trikotaj kolleksiyasını təqdim edib.
QHT.az xəbər verir ki, Cap-able, "Manifesto" adlı kolleksiyasını "kimliyinizi qorumaq üçün geyilə bilən alqoritm" kimi təsvir edir.
Kolleksiyanın bir hissəsi kimi buraxılan köynəklər 252 funt sterlinqə, sviterlər 370 funt-sterlinqə, idman kostyumları isə 245 funt-sterlinqə satılır.