Fransa Həndbol Federasiyasının prezidenti Martini uşaqlara qarşı zorakılıqda təqsirli bilinib - ÖZƏL

Fransa Milli Həndbol Federasiyasının prezidenti Bruno Martini uşağı cinsi istismara məruz qoyduğu üçün bir il şərti həbs cəzasına məhkum edilib.

QHT.az xəbər verir ki, Fransanın “Midi Libre” xəbər saytının məlumatına görə, uşaq istismarında ittiham olunan Martini bazar ertəsi saxlanıldıqdan sonra dünən Paris Məhkəməsinə sövq edilib.

Prokurorluğun ona qarşı irəli sürdüyü uşaq istismarı ittihamlarını qəbul edən Martini 1 il həbs cəzasına məhkum edilib.

Məhkəmə Martiniyə 5 il müddətinə yetkinlik yaşına çatmayanlarla işləməyə qadağa qoyulmasına qərar verib, ona da 2500 avro ödəyib.

Martini həmçinin uşaqlara qarşı zorakılıq şəkillərinə sahib olmaqda ittiham olunurdu.