Qulaqlarını, burnunu və üst dodağını kəsdirdi: İmicinə görə restoranlar onu içəri buraxmır - ÖZƏL

Qara yadplanetliyə bənzəmək üçün qulaqlarını, burun ucunu və üst dodağını cərrahi yolla çıxaran və bütün bədənini döymələrlə örtən adamın son görüntüsü sosial şəbəkə istifadəçilərini dəhşətə gətirib.
QHT.az xəbər verir ki, Fransada yaşayan 33 yaşlı kişi qarayadplanetli kimi görünmək üçün özünü tanınmaz dərəcədə eybəcərləşdirib.

Adının Antoni Loffredo olduğu öyrənilən adam xəyal etdiyi görünüşə çatmaq üçün bütün bədəninə, o cümlədən gözlərinə tatuirovka etdirib.

Əməliyyat masasında yatan adamınqulaqları, burun ucu və üst dodağı çıxarılıb, çənəsində böyük dəlik açılıb.
İyirmi yaşlarında mühafizəçi işləyərkən arzuladığı həyata sahib olmadığını, aid olmadığı bir bədəndə doğulduğunu anladığını və bu iğtişaşları hiss etdiyini söyləyən adam halından razı olduğunu bildirib.