Nazir müavini Vüsal Nəsirli Lənkəran rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Lənkəran rayonunda həmin rayonun sakinlərini qəbul edib.

 

Müraciət edənlər sırasında Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin və digər şəhid ailələrinin üzvləri, müharibə veteranları da olub. 

 

V.Nəsirli onların sosial vəziyyəti ilə maraqlanıb, ölkəmizdə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş miqyasda sosial dəstək tədbirləri həyata keçirildiyini qeyd edib. 

 

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.