Səməd Vəkilov: “Azərbaycan QHT-nin başladığı bu aksiyanın nəticəsində Azərbaycan xalqı və dövləti faydalanacaq”.

QHT-in etiraz aksiyayası  yümşaq güc və dünya təcürbəsi konteksində. 

Səməd Vəkilov: “Azərbaycan QHT-nin başladığı bu aksiyanın nəticəsində Azərbaycan xalqı və dövləti faydalanacaq”.

Qarabağ İqtisadi zonasına daxil olan mineral ehtiyyatlarla zəngin olan ərazilərə-Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına yönəlik tədbirlərin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan dövlətinin müvafiq qurumlarının sözügedən ərazidə monitorinq aparmasına şərait yaradılması məqsədi ilə  12 dekabr 2022-ci il tarixində Laçın-Xankəndi dəhlizinin Şuşa ərazisində Azərbaycan QHT-nin başladığı aksiya uğurla davam etməkdədir.

Lakin bu aksiyaya kölgə salmaq cəhdləri getdikcə intensivləşməkdə davam edir. Aksiyanın məqsədini daha yaxşı dərk etmək üçün dünyada qəbul edilmiş müqaisəli təhlil metodu konteksində hadislərə qiymət versək daha səmərəli olar. Cənubi Qafqazın ən iri tarnsmilli  layihəsi  olan Bakı-Tbilisi Ceyhan  boru kəmərinin çəkilməsi ilə bağlı Gürcüstan ekoloji fəallarının 2000-ci illərin əvvələrində həyata keçirdiyi etiraz aksiyalarına nəzər salaq.

 

2003-cü ilin əvvəlində  Beynəlxalq Neft Konsorisumunun dəstəklədiyi Bakı-Tbilisi Ceyhan neft kəmərinin tikintisinə başlanmalı idi. 2002-ci ilin noyabr-dekabr aylarında  Gürcüstanda ekloji fəallar bu layihənin ekoloji zərələrinə etiraz edərək etiraz aksiyalarına başladılar.

 Jurnalist Gennadi Abamroviç həmin vaxtda hazırladığı məqalədə yazır: “Keçən həftə yaşıl qeyri-hökumət təşkilatlarının 11 saatlıq etirazı nəticəsiz qaldı - Azərbaycandan Türkiyəyə neftin Gürcüstan vasitəsilə nəqlini nəzərdə tutan nəhəng neft kəməri layihəsinin arxasında duran beynəlxalq konsorsium 2003-cü ilin əvvəlində işə başlamaq üçün yaşıl işıq yandırdı. Dekabrın 2-də səhər saatlarında ekspert komissiyasının 35 saat davam edən iclasından sonra Gürcüstanın ətraf mühitin mühafizəsi naziri Nino Çxobadze jurnalistlərə açıqlamasında Bakı-Ceyhan neft kəmərinin tikintisi layihəsinin sponsor qrupunun rəhbəri kimi BP-yə belə icazə verildiyini açıqlayıb”.

Hansı ki, ağır iqtisadi vəziyyətdə olan Gürcüstan  Bakı-Tbilisi-Ceyhan neft kəmərinin öz ərazisindən keçməsi ilə ölkənin bir çox iqtisadi və enerji problemlərini həll etməyə planlaşdırırdı.

Ekoloji ekspertlər və bu sahədə fəaliyyət göstərən QHT-lər  öz hökümətlərinin bu  layihə ilə bağlı siyasətini tənqid edir  hökumətlərini  neft şirkətlərinin təzyiqlərinə çox asanlıqla boyun əyməkdə ittiham edirdilər. Neft kəmərinin Gürcüstan ərazisindən keçməsi ilə bağlı ekoloji ekspertlərə öz narahatlıqlarını ifadə etmək, etirazlarını çatdırmaq üçün onlara  çox az vaxt verilməsini də tənqid edirdilər.

Bu layihə ilə bağlı BP tərəfindən hazırlanmış “Neft kəmərinin ətraf mühitə və sosial mühitə təsiri haqqında” sənəd Gürcüstan hökuməti, investorlar və ətraf mühit mütəxəssisləri arasında fəal danışıqların mövzusu oldu. Gürcüstan ictimaiyyətini həyəcanlandıran əsas problem investorların mineral su mənbələri ilə məşhur olan Borjomi dərəsinin Gürcüstanın əsas ixrac məhsullarından biri olan unikal kurort zonasından neft kəməri çəkmək niyyəti idi.

Nazir bildirib ki, Gürcüstan tərəfi tikintiyə başlamaq icazəsini layihənin ekoloji təhlükəsizliyini təmin etmək üçün 16 vərəq əlavə tələblərlə müşayiət edib və onlardan ən azı birinə əməl olunmazsa, Gürcüstanın sənədi ləğv etmək hüququ var.

Bununla belə, irəli sürülən şərtlərin mahiyyətini daha sonra şərh edən Çxobadze etiraf edib: “Tələblər daha sərt olmalı idi, lakin biz başqa cür layihədən tamamilə imtina etməklə hədələyən investorların təzyiqi altında təslim olduq”.

Bu arada Gürcüstanın qeyri-hökumət təşkilatları mübarizəni davam etdirmək niyyətində olduqlarını bəyan edirlər.

“Yaşıl Alternativ” QHT-nin rəhbəri Manana Kochladze deyib: “Biz gələcəkdə beynəlxalq maliyyə institutları ilə danışıqlarda investorlar üçün çox böyük problemlər yarada bilərik”.

 Gürcüstan QHT-in etirazı fonunda  ilk  baxışda  QHT-lə   Gürcüstan  dövləti arsında  fikir ayrılığının mövcud olması kimi görsənir. Lakin Gürcüstan dövləti yumşaq gücdən səmərəli şəkildə istifadə etdi. Nəticədə  Gürcüstandakı eko fəalların etiraz aksiyalarında Gürcüstan dövləti yararlandı. Layihə çərçivəsində Gürcüstana ödəniləcək məbləğ bir neçə dəfə artmış oldu.  Şübhəsiz ki, Azərbaycan QHT-nin başladığı bu aksiyanın nəticəsində Azərbaycan xalqı və dövləti faydalanacaq.

 

Müvəkkil Hüquq Mərkəzinin sədri,

Hüquq müdafiəçisi Səməd Vəkilov