“Qadın gündəliyi” Platforması çərçivəsində qrup görüşləri davam edir

Böyük Britanya Hökümətinin dəstəyi ilə Şərq Ölkələrində Dayanıqlılığın Artırılması (BREN) layihəsi çərçivəsində 21-23 yanvar 2023-cü il tarixində “Qadın Gündəliyi” Platforması tərəfindən dəyirmi masa ətrafında qadın zorakılığına qarşı gündəlik həyatda baş verən hadisələr, onların həll yolları, qadın, sülh və təhlükəsizlik mövzusunda məsələlər müzakirə edilib. Eyni zamanda həmin platforma çərçivəsində növbəti gün qadınların ictimai-siyasi iştirakçılığı məsələsi də müzakirə olunub

Müzakirədə Azərbaycanda olan bir çox təşkilatların qadın rəhbərləri iştirak edərək, qadınların qərarvericilikdə təmsil olunması, mühafizə orderinin dayanıqlılığı, cinsi istismara məruz qalan qızların bunu ictimailəşdirmələrində önlərinə çıxan problemlər, məcburi köçkünlərin işğaldan azad olan torpaqlara geri qayıtmasında lazımi psixoloji dəstək və müharibələrdə olan gender bərabərsizliyindən bəhs olundu.

Xatırladaq ki, “ Qadın Gündəliyi” Platforması çərçivəsində mövcud olan 7 sahəvi qruplardan nğvbəti görüşlər “Qadın və Səhiyyə”, “Qadın və Sahibkarlıq”, “Qadın və Ətrafmühit” sonuncu qrup isə “Qadınların səlahiyyətləndirilməsidir”.