“20 Yanvar” faciəsi çərçivəsində “Unutmadıq! Unutdurmarıq!” adlı tədbir həyata keçirilib

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi “20 Yanvar” faciəsi çərçivəsində “Unutmadıq! Unutdurmarıq!” adlı tədbir həyata keçirdi.

 

Gənclər öz tarixini unutmamalı, vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməlidir.

 

Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin əsas prioriteti də hər zaman gənclərə fayda vermək, öz tarixini daha dərindən mənimsətmək olub.

 

Tədbir zamanı ilk növbədə komandamız tərəfindən hazırlanan video-çarx təqdim edildi. Daha sonra isə Bakı Dövlət Universitetinin Doktoru, I Qarabağ müharibəsi iştirakçısı Atamoğlan Məmmədli ilə sual-cavab sessiyası həyata keçirildi.

 

Əziz Atamoğlan Məmmədli gənclərimizə öz kitabını hədiyyə etdi və tədbir xatirə fotosu ilə yekunlaşdı.