Təhsillə bağlı fəaliyyət göstərən QHT-lərin beynəlxalq donorlarla bağlı layihələrin keçirilməsində məhdudiyyət  yoxdur -  İlqar Orucov

"Təhsillə bağlı fəaliyyət göstərən QHT-lərin beynəlxalq donorlarla bağlı layihələrin keçirilməsində məhdudiyyət  yoxdur."

Bu fikirləri AzEdu.az-a açıqlamasında QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Təhsil Nazirliyi  yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

 

İ.Orucov QHT-lərin beynəlxalq donorlara çıxışında məhdudiyyət olmadığını bildirib:

 

“Bəzən cəmiyyətdə suallar səslənir ki, QHT-lərin fəaliyyətində, onların beynəlxalq donorlara çıxışında müəyyən məhdudiyyətlər var. Təhsillə bağlı fəaliyyət göstərən QHT-lərin beynəlxalq donorlarla bağlı layihələrin keçirilməsində  heç bir məhdudiyyət və qadağalar yoxdur. Bu məsələdə təhsillə məşğul olan qurumlar xüsusi diqqət göstərməlidirlər” – deyə,  İlqar Orucov qeyd edib.