QHT sədrinin 60 yaşı tamam olur - TƏBRİK

Doğma Yurda Qayıdış İctimai Birliyinin sədri Səməd Hətəmovun 60 yaşı tamam olur. 

QHT.az olaraq Səməd Hətəmovu 60 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı  və fəaliyyətində yeni uğurlar arzulayırıq!


Səməd Hətəmov (Səməd Yusifcanlı) 17 yanvar 1963-cü ildə Ağdamın Yusifcanlı kəndində anadan olub.1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyorluğu fakültəsinə daxil olub 1984-cü ildə İnstitutu fərqlənmə diplomu ilə bitirib.

Bir neçə ay Ağdam Dövlət Dram Teatrında çalışıb, hərbi xidmətə yollanıb. 1988-ci ildən 1993- cü ilə qədər Ağdam rayonunda müxtəlif qurumlarda çalışıb.
 Ağdam rayonunun işğalından sonra 2000-ci ilə qədər İmişli rayonunda məcburi köçkün həyatı yaşayıb. 2000-ci ilin 2-yarısından Bakı şəhərində yaşayır.  Həmin ilin oktyabr ayından Lider TV-nin dublyaj redaksiyası ilə əməkdaşlığa başlayıb. İTV, Xəzər, Space tv-lərin dublyaj redaksiyaları ilə əməkdaşlıq edib. 
Son 5 ildir ki AzTV və Azərbaycan radiosunda çalışır.
2015-cı ildən Doğma Yurda Qayıdış İctimai Birliyinin sədridir. Ötən dövrdən bu günə qədər  təşkilat sədri olaraq  bir necə uğurlu layihə icra edib.