QHT sədrinin 50 yaşı tamam oldu - TƏBRİK

Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimi Birliyinin sədri, Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Fuad Bədəlovun 50 yaşı tamam olub.
 

QHT.az saytı olaraq yubileyi münasibəti ilə İctimai Birlik sədri Fuad Bədəlovu təbrik edir və ictimai fəaliyyətində ona uğurlar arzulayırıq.

 

QHT.az təşkilat sədri haqqında məlumatı təqdim edir.
 

Bədəlov Fuad Sərvəz oğlu 14 yanvar 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. 1980-ci ildə birinci sinfə daxil olmuşdur.   1988-ci ildə məlum Qarabağ hadisələrində erməni vəhşiləri tərəfindən dədə-baba yurdlarında qovulmuş, Azərbaycana pənah gətirmişdir. 1990-cı ildə Şəmkir rayonunun Çənlibel kənd 1 saylı orta məktəbini əla qiymətlərlə başa vurmuşdur. 
 

1993-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralanaraq ordudan təxris olunmuşdur. II qrup Qarabağ əlilidir. 
 

1996-cı ildə Azərbaycan Vətən Müharibə Veteranları Birliyinin Şəmkir şöbəsinə sədr seçilmişdir. 
 

1999-2001-ci illərdə Şəmkir rayon Gənclər və İdman İdarəsində sədr müavini vəzifəsini daşımışdır.
2001-ci ildən Milli QHT Forumu Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinə direktor təyin edilmişdir. 

 

2012-ci ildə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimi Birliyini təsis etmiş və ictimai birliyə sədr seçilmişdir. 
 

Mərkəzə rəhbərlik etdiyi müddətdə  F.Bədəlov Azərbaycanın qərb regionunda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində çoxlu işlər görmüşdür. Rayonlarda QHT-lərin problemləri və inkişafı öyrənilərək problemlərin aradan qaldırılması üçün bir çox işlər həyata keçirmişdir. Onlarla layihələr həyata keçirmiş, QHT-lərin qərb regionunda həyata keçirdikləri layihələrə təşkilati dəstək vermişdir. 
 

Regionda İctimai Şuraların yaradılması və fəaliyyət göstərmələri üçün təlim-seminarlar həyata keçirmiş, onların yaradılması və fəaliyyət göstərmələri üçün dəstəkçi olmuşdur. 
Şəmkir Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədridir. 
Ali təhsillidir, 3 övlad atasıdır. 

 

14 yanvar 2023-cü ildə 50 yaşı tama olmuşdur.