Kanadada ağır duman: 14 avtomobil toqquşub, 1 nəfər ölüb - ÖZƏL

Kanadanın Airdrie şəhərinin şimalında qatı duman nəticəsində 14 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb.

QHT.az xəbər verir ki, şəhərin şimalında təsirli olan sıx duman magistral yolda zəncirvari qəzaya səbəb olub.

 

Əraziyə polis, səhiyyə və xilasetmə briqadaları göndərilib. Polisdən verilən məlumata görə, 14 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

Qəzadan sonra yanğın başlayıb, magistral yol nəqliyyata bağlanıb. Saatlarla davam edən işdən sonra ərazidə nəqliyyatın hərəkəti normallaşıb.