Cənubi Koreyada dəhşətli yanğın: 5 ölü, 37 yaralı - ÖZƏL

Cənubi Koreyanın Qvaçeon şəhərində tuneldə baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 37 nəfər yaralanıb.

QHT.az xəbər verir ki, paytaxt Seulun cənubunda yerləşən Qvaçeonda tuneldə yanğın baş verib. Əraziyə polis, təcili yardım, 4 yanğınsöndürən maşını, 219 yanğınsöndürən və helikopter göndərilib.

 

Alov sürətlə yayıldığı üçün ərazidən qatı tüstü qalxıb.

 

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, 5 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 37 nəfər yaralanıb.

 

İlkin məlumata görə, yanğının avtobusla yük maşınının toqquşması nəticəsində başladığı bildirilib.

 

Hadisə ilə bağlı başladılan araşdırmalar davam edərkən, alov 2 saat yarımdan sonra söndürülə bilmişdir.