Əlilliyi olan gənclərin peşə hazırlığı uğurla davam edir

Bu reportaj  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin maliyyə dəstəyi ilə “Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə”  ictimai birliyi tərəfindən həyata keçirilən  “Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədiylə təbliğat kampaniyasının təşkili”  layihəsi çərcivəisndə  QHT TV tərəfindən hazırlanmışdır.

 


Ramanada yerləşən Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun  1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə və  reablitasiya  mərkəzinin qonağıyıq.. Mərkəz əlliliyi olan, sağlamlıq imkanı məhdud şəxslərin  peşə reabilitasiyasının təşkili və həmin müddət ərzində onların yaşaması,  sosial-məişət və tibbi-sosial xidmət göstərilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsi

dir.

Mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə-əmək qabiliyyəti nəzərə alınaraq onların ümumi və xüsusi təlim proqramları əsasında peşə hazırlığı təşkil edilir.   Peşə təlimi müddətdə gənclər burada dövlət hesabına 3-6 ay ərzində yataqxana ilə də təmin olunur. Peşə hazırlığı kurslarını bitirən gənclərə peşə şəhadətnamələri təqdim edilir. Mərkəzdə peşə hazırlığı kurslarında həssas qrupun nümayəndələrinin cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsi üçün digər istiqamətlərdə də mühüm tədbirlər görülür.

 

 Burada toxuculuq, xalçaçılıq, oyma sənəti, rəssamlıq, aşpazlıq, bərbər sənəti kurslarla ilə yanası, musiqi, teatr, dizayn,  üzrə dərnəklər də var. Qeyd edək ki, əsasən 15-29 yaş arası əlliyi olan gəncləri qəbul edən  mərkəzədə  bu günə qədər  1500-ə yaxın əlliyi olan şəxs hansısa sahə üzrə bilik və bacarıqlara yiyələnib, onların böyük hissəsi yiyələndiyi peşələr üzrə fəaliyyət göstərirlər.

 

Məlumat üçün bildirək ki, 2013-cü ildə yenidənqurmadan sonra tam gücü ilə fəaliyyət göstərən  Mərkəz indi də   əlilliyi olan,  sağlamlıq imkanları məhdud gənclərə hərtərəfli dəstəyi davam etdirir.