Fransadan maliyyələşən QHT-lər qadağan edildi - YENİ QƏRAR

Hökumət  Fransadan maliyyələşən bütün QHT-lərin ölkə daxilində fəaliyyətini qadağan edib.

QHT.az xəbər verir ki, bu barədə APA  "Figaro"ya istinadla məlumat yayıb.
"Bu qayda istisnasız olaraq Fransanın maliyyələşdirdiyi və ya dəstək verdiyi bütün Malinin QHT-lərinə şamil edilir.

Qərarı baş nazir, polkovnik Abdulaye Maiqa elan edib. Hökumət başçısı qeyd edib ki, bu, rəsmi Parisin Malinin inkişafı ilə bağlı yardımı dayandırmasına cavabdır.