İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransanın türkəfobiya siyasəti uzun illərdir bütün istiqamətlərdə özünü büruzə verir

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransanın türkəfobiya siyasəti uzun illərdir bütün istiqamətlərdə özünü büruzə verir.

 

 Fransanın bu üzdəniraq siyasəti illərdir apardığını xatırladan S.Adıgözəlli hesab edir ki, bu yüz il bundan əvvəl də belə olub, indi də belədir. “Əvvəla, Fransa Senatının son qəbul etdiyi qətnamə siyasi spekulyasiyadan başqa bir şey deyil.

 

 Bu bir daha Fransanın imperialist maraqlarını, açıq şəkildə türk düşmənçiliyini göstərdi. 

 

Bu biabırçı bir qərardır. Erməni cəmiyyəti bilməlidir ki, bu üzdəniraq qərarın onlara heç bir faydası yoxdur, Azərbaycan üçün isə siyasi spekulyasidan o yana keçəcək bir addım deyil. Fransanın bu hərəkətlərini, bu addımlarını 30 il boyu da gördük. 

 

Bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri olduğu müddətdə çox açıq şəkildə türkəfobiyanı, türk düşmənçiliyini ortaya qoydu. 

 

Onun anti-Azərbaycan, antitürk addımları bütün dünyanın gözləri qarşısında baş verib.

 

 30 il müddətində açıq şəkildə qərəzli, ədalətsiz mövqe nümayiş etdirdi. Qarabağ probleminin həllinə guya vasitəçilik edən Fransa bizə düşmən, Ermənistana isə dost münasibət sərgilədi, Senatda baş verənlər də bunun təzahürlərindən biridir.

 

 Fransanın türkəfobiya siyasəti özünü bütün istiqamətlərdə biruzə verir. Hesab edirəm ki, Azərbaycanın və qardaş Türkiyənin regionda və beynəlxalq aləmdə nüfuzunun artması məsələsi Fransanı ciddi narahat edir.

 

 Çox ciddi konfliktlərin həllində Türkiyənin vasitəçi kimi fəaliyyətinin Rusiya-Ukrayna məsələsində də, yaxın Şərqdə də özünü göstərməsi Fransanın narahatlığına səbəb olur.

 

 Türkiyə NATO-nun ikinci böyük dövlətidir.