MG Consulting artıq ThinkTank platformasında!

MG Consulting  14 noyabr 2022-ci il tarixdən etibarən “beyin mərkəzlərinin” qlobal bazası olan On Think Tanks (OTT) platformasına daxil edilmişdir.

https://onthinktanks.org/think-tank/mg-consulting-llc/

 

OTT platforması 2010-cu ildən fəaliyyət göstərir və özündə müxtəlif ölkələrin “beyin mərkəzləri” haqqında məlumatı əks etdirir. Hal-hazırda 160 ölkənin istifadəçiləri OTT platformasından faydalanmaqdadır.

OTT məlumat bazası olmaqla yanaşı, beyin mərkəzləri üçün müxtəlif imkanlar da təklif edir (vebinarlar, təqaüd proqramları, məqalələr və s.).

Artıq MG Consulting   OTT platformasında ixtisaslaşan beyin mərkəzi kimi qeyd edilir.