Xəbərlər 12.02.2025 18:23 156

Beş bölgədə "yerli karantin" tətbiq oluna bilər

Söhbət Ukraynanın bəzi regionlarında kəskin respirator virus infeksiyalarının artmasna görə, distant təhsildən, müəssisələrdə ziyarətçilərin sayının məhdudlaşdırılmasından və digər epidemiya əleyhinə tədbirlərdən gedir.

QHT.az xəbər verir ki, beş regionda kəskin respirator virus infeksiyalarına yoluxma artıb və epidemiya həddi aşılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, Zakarpatya, İvano-Frankivsk, Rivne, Xmelnitski və Çernovtsi vilayətlərində gücləndirilmiş epidemiya əleyhinə tədbirlər, o cümlədən "yerli karantin" tətbiq oluna bilər.

Son bir həftədə 171 068 nəfər xəstələnib, bunlardan 104 843-ü uşaqdır. Qrip viruslarının dövriyyəsi ilə əlaqədar olaraq, qripin koronavirusu üstələyəcəyi proqnozlaşdırılır. 2024/2025-ci illər üçün epidemiya həddi keçməyib, lakin 15 ölüm halı qeydə alınıb.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı