Ədliyyə Nazirliyi 3 təşkilatı arzuolunmazlar reyestrinə daxil etdi
Rusiya Ədliyyə Nazirliyi üç Amerika təşkilatını arzuolunmazlar reyestrinə daxil edib.
QHT.az Teleqraf.com -a istinadən xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
Reyestrə ABŞ Konqresi yanında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası, Ukrayna Qəhrəmanlarına Yardım Fondu və Dini Etiqad Azadlıqları Uğrunda Beynəlxalq Alyans daxildir.