Xəbərlər 10.01.2025 16:47 204

Yanvarın 16-da Mars adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq

BDU-nun Astrofizika kafedrası bildirib ki, yanvarın 16-da Mars adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq.

QHT.az xəbər verir ki, Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan 07:41 radələrinə kimi görünəcək. Saat 01:14-də Mars göy meridianını kecəcək və həmin an üfüqdən 74° hündürlükdə olacaq.

Marsın son dövrlərdə bir neçə böyük qarşıdurması hadisəsi baş verib:

• 2003-cü il 27 avqust: Mars Yerdən cəmi 55.7 milyon kilometr məsafədə olub. Bu, son 60000 ilin ən yaxın qarşıdurması idi. Marsın bucaq ölçüsü təxminən 25.1" olmuşdu və bu hadisə böyük müşahidə kampaniyaları ilə müşayiət edilmişdi.

• 2018-ci il 27 iyul: Bu zaman Mars cəmi 57.6 milyon kilometr məsafədə olub.

Növbəti böyük qarşıdurmanın 15 sentyabr 2035-ci ildə baş verəcəyi gözlənilir. Bu zaman Mars Yerdən təxminən 56 milyon kilometr məsafədə olacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı