Şərqin əbədi incisi Diyarbəkir - FOTOLAR
Türkiyə turizminin önəmli yerlərindən biri olan Diyarbəkir bir tarix şəhəridir. Bu şəhər daş kitabələri xatırladan və turistlərin heyranlıqla izlədiyi abidələrlə doludur.
QHT. az xəbər verir ki, şәhәr tarix boyu Asiya qitəsinin Mesopotamiyaya açılan qapısı xüsusiyyәtinә malik olub. İpәk Yolu üzәrindә yerlәşdiyi üçün şәrqin әn monumental sarayları, bir-birindәn gözәl körpülәri mәhz bu şәhәrdә inşa olunub.
Diyәrbәkir qalası vә Hevsel bağları şәhәrdә mövcud olan әn әhәmiyyәtli tarixi abidәlәrdәn bәzilәridir. Tarix boyu mövqeyinә görә Mesopotamyanı ələ keçirmək istəyən qüvvәlәrin toqquşmasına səhnə olan şəhər müxtəlif mədəniyyətlərin izlәrini daşıyır.
İlk qala divarının inşasının şәhәrin Hitit və Xurrilərin hakimiyyətində olduğu dövrdə başladığı güman edilir. İndiki qala divarlarının ilk nümunәlәri E.Ә. 2000-ci illәrdә inşa edilmәyә başlayıb.
Diyarbəkir qala divarları Çin səddindən sonra müasir dövrümüzdə salamat qalan ən uzun, müdafiə üçün inşa edilәn tikilidir.
Diyarbәkir şәhәri Emevilәr, Sәlçıqlular, vә Osmanlı dövründә bir-birindәn gözәl tarixi әsәrlәrlә bәzәdilib. Sadәcә dini mәkanlar deyil, ticari vә sosyal mәkanlar da şәhәri bәzәyib