Xəbərlər 29.12.2024 20:52 502

Məktəblilər iqlim dəyişikliyinə qarşı: Maarifləndirici təlimlər 550 şagirdi əhatə etdi

“Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sənaye Korporasiyası, “AzerGold” QSC və ADA Universitetinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, ADA Məktəbi və Azərbaycan Mühəndislik Akademiyasının dəstəyi ilə icra olunan “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblərdə maarifləndirici təlimlər başa çatıb.

QHT.az xəbər verir ki, dekabrın 24-də Bakı şəhəri, 242 və 70 nömrəli tam orta məktəblərdə keçirilmiş sonuncu təlimlərdə Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin direktor müavini Aygün Nərimanova tərəfindən şagirdlərə iqlim dəyişikliyinin insan sağlamlığına təsirləri, karbon və istixana qazlarının emissiyasının azaldılmasında alternativ enerji mənbələrinin tətbiqi və digər mövzularda geniş məlumat verilmiş, məktəblilər “Yaşılın gücü” adlı layihələrini təqdim etmiş və əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur. Aidiyyəti qurumların mütəxəssislərinin, ekspertlərin və seçilmiş “uşaq iqlim səfirləri”nin iştirakı ilə paytaxt və regionlarda təşkil olunan maarifləndirici təlimlər ümumilikdə 550 məktəblini əhatə edib.

Xatırladaq ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və noyabr ayında ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı keçirilən çoxsaylı tədbirlərə dəstək məqsədilə icra olunan layihənin əsas hədəfləri məktəbliləri maarifləndirməklə onları dünyanı narahat edən iqlim dəyişikliyi problem və onun təsirləri barədə məlumatlılığını artırmaq, onları bu problemin həllində fəal iştiraka və sağlam gələcək naminə innovativ ideyalar və həllər irəli sürməyə təşviq etməkdir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı